Dünya

Sabiq səfirə cinayət işi açılıb: məhkəmə qərar verdi

Sabiq səfirə cinayət işi açılıb: məhkəmə qərar verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi ölkənin ABŞ-dakı sabiq səfiri və baş nazirin keçmiş müavini Olqa Stefanişina barəsində 6 milyon qrivna məbləğində girov qətimkan tədbiri seçib.

7Times.az xəbər verir ki, bu barədə “Suspilne” məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, Stefanişina Milli Antikorrupsiya Bürosunun (NABU) müstəntiqlərinin çağırışı ilə gəlməli, yaşayış yerinin dəyişdirilməsi barədə məlumat verməli və iş üzrə şahidlərlə əlaqə saxlamamalıdır.

Növbəti məhkəmə iclası oktyabrın 10-u saat 15:00-a təyin edilib.

Məhkəmədən sonra sabiq səfir bildirib ki, onun nə 13 milyon, nə də 6 milyon qrivna vəsaiti var, lakin girovu ödəmək üçün həmin məbləği tapmağa çalışacaq.

Stefanişina qərardan apellyasiya şikayəti verib-verməyəcəyi barədə hələ qərar qəbul etmədiyini, əvvəlcə vəkilləri ilə məsləhətləşəcəyini deyib.

Məlumata görə, iş 2025-ci ilin iyulunda Ukrayna Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) Milli Aktivlərin İdarə Edilməsi Agentliyində (ARMA) mümkün sui-istifadə halları ilə bağlı araşdırmaya başlamasından sonra gündəmə gəlib.

Deputat Aleksey Qonçarenko bildirib ki, Ukrayna Xüsusi Antikorrupsiya Prokurorluğu Stefanişina barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olma maddəsi ilə cinayət işi açıb.

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 3-də imzaladığı fərmanla Olqa Stefanişinanı ABŞ-dakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən azad edib.

Stefanişina bu vəzifəni 2025-ci il avqustun 27-dən icra edirdi.

İyulun 5-də isə Ukrayna Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu ona yeni ittiham elan edib.

Modern.az