Ağdaş rayonunda yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi ilə bağlı daxil olmuş müraciət əsasında polis araşdırma aparıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan 7Times.az-a bildirilib ki, faktla bağlı Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb.
Araşdırma zamanı toyu planlaşdırılan qızın 17 yaşında olduğu müəyyən edilib.
Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların nümayəndələri oğlan və qızın valideynləri ilə profilaktik söhbətlər aparıblar. Onlara yetkinlik yaşına çatmayan şəxslərin nikaha cəlb edilməsinin qanunvericiliyə zidd olduğu izah edilib.
Görülən tədbirlər nəticəsində planlaşdırılan toy məclisi təxirə salınıb.
Follow @7timesaz


