Dünya

ABŞ müdafiə naziri 2028 seçkiləri haqqında danışdı

ABŞ müdafiə naziri 2028 seçkiləri haqqında danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın müdafiə naziri Pit Heqset 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırdığı barədə xəbəri təkzib edib.

7Times.az” APA-ya istinadla xəbər verir ki, Heqset bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Bu, yüz faiz yalandır”, – deyə Heqset qeyd edib.

O, NBC News-un anonim mənbələrə istinad etməsini də tənqid edib.

Bundan əvvəl “The Washington Post“ Donald Trampın Respublikaçılar Partiyasının sponsorlarına 2028-ci il seçkilərində vitse-prezident Cey Di Vensin qalib gəlməsini istədiyini bildirdiyini yazmışdı.