Ölkə

Şabran RİH-də kadr təyinatları olub – FOTOLAR

Şabran RİH-də kadr təyinatları olub – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

​Şabran Rayon İcra Hakimiyyətində kadr təyinatları olub.

​”7Times.az” xəbər verir ki, Şabran RİH başçısı Asif Hüseynovun müvafiq əmri ilə Paşa Xəlilov Şabran rayonu Yaşıllıq və Təmizlik İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, o, buna qədər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin İnzibati işlər sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışıb.


​Asif Hüseynovun digər əmri ilə Nəsirov Hikmət Hicran oğlu Hikmət Xəlilovun yerinə — yəni Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin İnzibati işlər sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilib.


​İcra başçısının növbəti əmri ilə Elsevər Musayev Şabran Rayon İcra Hakimiyyəti Başçısının Ağalıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.


​İcra başçısının digər bir əmri ilə Hacı Kərimov Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şahnəzərli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib. O, bu vaxta qədər Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məsləhətçi-mühəndisi vəzifəsində çalışıb.


​Şabran RİH başçısı Asif Hüseynovun növbəti əmri ilə Vahabov Emil Ənvər oğlu Şabran Rayon İcra Hakimiyyəti Başçısının Çölquşçu İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.