Ölkə

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib.

7Times.az-a bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə də oktyabrın 7-də bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin oktyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.