Ölkə

Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib – FOTO

Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri general-mayor Ruslan Mukambetov ilə görüşüb.

Bu barədə “7Times.az”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələr arasında hərbi və hərbi-texniki sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.