Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
7Times.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Anar Bayramov bu təyinata qədər TƏBİB-in icraçı direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, dövlət başçısının digər sərəncamları ilə Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad olunaraq Baş nazirin müavini təyin edilib.
Follow @7timesaz


