Ölkə

Azərbaycanda dini təhsil alan qızların SAYI

Azərbaycanda dini təhsil alan qızların SAYIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda dini təhsil alan qızların sayı 120-ni ötüb.

7Times.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda məlumat verib.

Komitə sədri bildirib ki, hazırda Azərbaycan İlahiyyat İnstitutunda bakalavriat səviyyəsində təhsil alan 318 tələbədən 98-i qızdır. Magistratura səviyyəsində isə 4 qız təhsil alır.

İndiyədək institutun bakalavriat səviyyəsini 126, magistratura səviyyəsini 13, doktorantura səviyyəsini 5, dissertantura səviyyəsini isə 1 qadın bitirib. Beləliklə, ali təhsil müəssisəsinin qadın məzunlarının sayı 145-ə çatıb.

Bakı İlahiyyat Kollecində isə hazırda 19 qız təhsil alır, 4 qız bu təhsil müəssisəsindən məzun olub.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycan İlahiyyat İnstitutunda 69 qız tələbə təhsil alıb. Hazırda isə bu göstərici 48 faiz artıb.

2023/2024-cü tədris ilində isə institutdan məzun olan 52 tələbənin 25-ni qızlar təşkil edib.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.