Xaçmazda iki nəfərin ölümünə, bir nəfərin yaralanmasına səbəb olan Sadiq Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
7times.az xəbər verir ki, təqsirləndirilən şəxsin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.
Qeyd edək ki, ötən il dekabrın 6-sı axşam saatlarında Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Çarxı kəndi ərazisindən keçən hissəsində qoşqulu yük maşını ilə “Lada Priora” markalı avtomobil toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan 1987-ci il təvəllüdlü Xaçmaz rayon Çarxı kənd sakini Əliyev Rəşid Elşad oğlu və 42 yaşlı Hüseynov Fariz Balazahid oğlu ölüb. Qəzada xəsarət alan 1980-ci il təvəllüdlü Əliyev Sadiq Əliverdi oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Sadiq Əliyev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Follow @7timesaz