Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müddəti martın 31-dək uzadılıb.
7times.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarda etdiyi dəyişiklikdə deyilir.
Qeyd edək ki, bundan əvvəl bu müddət yanvarın 1-dək olan dövrü əhatə edib.
Follow @7timesaz