Cəmiyyət

DİN-dən polis rəisinin rüşvət alması iddialarına REAKSİYA

DİN-dən polis rəisinin rüşvət alması iddialarına REAKSİYAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi Vətən müharibəsində həkim kimi xidmət etdiyini deyən Orxan Abışovun iddialarına cavab verib. 

DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev 7times.az-a açıqlamasında bildirib ki, Ağcabədidə yaşayan həmin şəxs qərəzli olaraq polisə rüşvət verdiyini iddia edib:

“Həmin şəxsdən bir nəfər soruşmur ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, müvafiq tibbi təhsili olmayan şəxs stomatoloji xidmət göstərə bilərmi?

Rayon mərkəzində yerləşən evinin qarşısında qanunsuz olaraq, karantin rejim qaydalarını kobud şəkildə pozaraq, sanitar-gigiyenik qaydalara əməl etmədən stomatoloji xidmət – “Diş Həkimi” kimi fəaliyyət göstərən şəxsə polis tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, pandemiya şəraitində onlarla şəxsə eyni vaxtda tibbi xidmətlər göstərməsi müəyyən olunub.

Sonuncu dəfə yanvarın 3-də tibbi qaydalara, müvafiq qoruyucu vasitələrdən istifadə etmədən bir azyaşlının dişini çəkərkən aşkarlanıb. Qanunvericiliyə uyğun olaraq, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunub və həmin şəxs cəriməni yanvarın 7-də ödəyib. Lakin onu polisə verdiyi rüşvət kimi dəyərləndirir.

Göstərilənləri nəzərə alaraq, Vətən Müharibəsində sanitar kimi xidmət etdiyini vurğulayan şəxs, onun qanunsuz əməllərinə göz yumulmasını, pandemiya şəraitində fəaliyyətinə icazə verilməsini istəyir. Görünən odur ki, sosial şəbəklərdə yayılan məlumatlar tam əsassızdır, vətəndaşa qarşı heç bir qanunsuz tədbir tətbiq olunmayıb”.

Xatırladaq ki, müharibə dövründə cəbhədə könüllü diş həkimi kimi xidmət etdiyini deyən Orxan Abışov Ağcabədi rayon Polis Şöbəsində ondan pul tələb edildiyini iddia edir. Şöbənin ictimai təhlükəsizliyə nəzarət bölməsinin rəisi, mayor Əliyar Həziyevin qaziliyini, maddi vəziyyətini nəzərə almadan ondan pul istədiyi bildirilmişdi. 

DİN Orxan Abışovun iddialarına cavab verdi