Manşet

İşdən çıxarılan bələdiyyə sədri ölkə başçısına müraciət etdi – İcra başçısına görə…

İşdən çıxarılan bələdiyyə sədri ölkə başçısına müraciət etdi – İcra başçısına görə…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayon Barlı kənd bələdiyyəsinin sədri Kərim Məmmədov icra başçısının onu qanunsuz olaraq işdən çıxartdığını deyir.

7times.az xəbər verir ki, 10 gün əvvəl bu barədə tapşırıq verən icra başçısının tələbi ərazi icra nümayəndəsi tərəfindən yerinə yetirilib.

Azərbaycan qanunvericiliyinə görə bələdiyyə seçkili orqandır.  İcra başçısının nə onu təyin etmək nə də işdən azad etmək hüququ var. İcra başçısı Ziyəddin Əliyev isə bu qanunlara məhəl qoymur. Məni icra hakimiyyətinə çağırıb bələdiyyənin möhürünü istədilər. Buna etiraz etdim. Səhəri gün başçının İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi ilə qonşu kəndin bələdiyyə sədri gəlib qanuna zidd formada məni sədrlikdən azad etdilər.

Saytımıza bu barədə məlumat verən Kərim Məmmədov bildirib ki, icra başçısının onu işdən azad etməsinin səbəbi  bələdiyyənin hesabında olan vəsaitin Taleh-A.T adlı müəssisəsinin hesabına köçürülməsini tələb etməsi olub. Qeyd edək ki, həmin vəsait bələdiyyənin büdcəsinə ərazidə fəaliyyət göstərən AKKORD şirkətinə məxsus daş karxanasının mədən vergisindən daxil olub. İcra başçısının bu tələbinə etiraz edən bələdiyyə sədri həmin məbləğin qeyd olunan müəssisənin hesabına köçürülməsini rədd edib.

Bələdiyyəmizin 20 000 manatdan çox əmək haqqı, 15 000 manatdan çox isə DSMF-na borcu var. Büdcəmizə daxil olan həmin vəsaiti bu borcların ödənilməsinə sərf etmək qərarı almışdıq.

Quba Rayon İcra Hakimiyyətindən bu barədə 7times.az-a məlumat verən icra başçısının birinci müavini Taryel İbrahimov bildirib ki, bələdiyyə sədrini sədrlikdən öz üzvləri azad edib. Ziyəddin Əliyevin bu məsələyə heç bir dəxli yoxdur. Qeyd edək ki, artıq bir neçə gün bundan öncə Barlı kənd bələdiyyəsinə yeni sədr də təyin edilib.

İcra başçısı tərəfindən işdən azad edilən bələdiyyə sədri Kərim Məmmədov  bu barədə Ölkə Başçısına, Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Ədliyyə Nazirliyinə yazılı müraciət edib.

Qeyd edək ki, sədrlikdən azad edilən Kərim Məmmədov hazırda əmək məzuniyyətindədir.

7times.az

Cəlal Fərzəliyev