Ötən gün şəhid xəbəri gələn Vətən müharibəsi iştirakçısı Cəlal Bayramov bu gün doğulduğu Saatlı rayonu, Çolpu kəndində torpağa tapşırılıb.
Bu barədə 7times.az-a şəhidin yaxınları məlumat veriblər.
Qeyd edək ki, Cəlal Bayramov ötən il sentyabrın 29-da Saatlı rayonu Səfərbərlik Xidmətinin çağırışı ilə təlimə yollanıb. Əvvəlcə Gəncə şəhərində təlimdə olub. Ondan sonra onları qruplara ayıraraq cəbhəyə göndəriblər.
Cəlal sonuncu dəfə Laçında ikən ailəsi ilə əlaqə saxlaya bilmişdi. Ailə üzvləri iki aydan artıq idi ki, 27 yaşlı əsgərdən xəbər ala bilmirdi.
Follow @7timesaz