Manşet

“Ramiz Mehdiyev generallarımıza məkrli planlar quraraq onları sıradan çıxarıb”

“Ramiz Mehdiyev generallarımıza məkrli planlar quraraq onları sıradan çıxarıb”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ulu Öndərin tələbəsi və uzun müddət həm Heydər Əliyevin, həm İlham Əliyevin hərbi məsələlər üzrə köməkçisi olmuş Vahid Əliyev yeganə məmur idi ki, Ramiz Mehdiyevə baş əymədi, ağla gəlməyən təzyiqlər, təqiblər oldu, ölüm təhdidi belə Vahid Əliyevi “sındırmadı”, amma Ramiz Mehdiyev və onun komandası müxtəlif yalan, iyrənc, əsassız bilgilər yayaraq, damarında əsl azərbaycanlı qanı axan general Vahid Əliyevi və daha 10 generalımızı istefaya göndərdilər”.

7times.az xəbər verir ki, bu açıqlamanı Bizimyol.info-ya Beynəlxalq İnsan Haqlarının Müdafiə Komitəsininin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri, istefada olan zabit Elçin Axundzadə verib.

“İyul ayında Tovuz rayonunda, sərhəddə baş verənlər bir dərs olmalıdır. Müxtəlif yalan, iftiralarla ordudan çıxardılan general və polkovniklərimiz də orduya çağrılmalıdırlar. Vahid Əliyev mərhum Heydər Əliyevin hərbi məsələlər üzrə müşaviri işləmiş general -leyteant idi. Sonralar da cənab Prezident İlham Əliyevin… Yeganə generallarımızdan idi ki, Ramiz Mehdiyevə tabe olmurdu, hətta canı bahasına. O insan, 28 yaşında Naxçıvanda DTX rəhbəri olub. Ulu öndərin məktəbini keçmiş, təmiz dürüst insanlardan idi. Ramiz Mehdiyev onun haqqında məkrli tələlər qura-qura ordudan uzaqlaşdırılmasına nail oldu. Ramiz Mehdiyevin adamları bizim ordudakı vətənpərvər geneallarımızı uzaqlaşdırdılar. Vahid Əliyev ordudan müxtəlif vasitələrlə uzaqlaşdırılan tək yüksək rütbəli zabitimiz deyil.

Damarında azərbaycanlı qanı axır, vətənə, xalqa sadiqdir, ruslara satılmayıb deyə Ramiz Mehdiyev və onun əlaltıları tərəfindən vurulan generallarımız, polkovniklərimiz var.

12 iyulda bizim kəşfiyyatımız düz işləsəydi o faciə də yaşanmazdı.Kəşfiyyatın rəisi kəşfiyyatdan xəbəri olmayan keçmiş tankçı Nəcməddin Sadıkovun adamıdır.Kəşfiyyat İdarəsinin rəis müavini də Zakir Həsənovun qohumu Şadiyə xanımdır. Leytenant rütbəsi almaq üçün cavanlar poliqonlarda 4 il sürünürlər, Şadiyə xanım oxumadan necə polkovnik oldu? Bu qədər zabitlərimiz bu qohumbazlığın tərəfbazlığın qurbanı oldu.Kəşfiyyat düşmənin arxasında işləməlidir, onlar bunun üçün yetişdirilir və dövlətdən maaş alırlar. Məhz kəşfiyyatımızın vaxtında Ali Baş Komandana düzgün məlumat ötürə bilməməsi nəticəsində biz general itirdik. Qorxmaz Qarayev, Qabil Məmmədov, Elbrus Orucov, Talıb Məmmədov, Rəhman Quliyev, İlgar Mazanov, İlgar Səfərov, İdris Səfərov kimi təcrübəli zabitlər uzaqlaşdırıldı, yerlərinə qoydular öz adamlarını. Onlar Əfqanıstanda döyüşmüş, kəşfiyyatda işləmiş, Qarabağ döyüşlərinin ilk günlərindən müharibəyə atılmış peşəkarlar idilər ki, beşinci kalonun əliylə kənarlaşdırıldılar. Onların işlərinə mane olmasınlar deyə.Ramiz Mehdiyev rusun burda adamıdır. O bizdə Krım ssenarisini tətbiq etməyə çalışır. Əsl peşəkar hərbçiləri kənarlaşdırıb Donbası, Krımı rusun ayağının altına verdilər. Bizdə də onu etməyə çalışır. Ramiz Mehdiyev təcrübəli, peşəkar zabitlər haqqında mənfi rəy yaratdı, ali baş komandana məqsədli şəkildə onların haqqında yalan məlumatlar verildi və bu peşəkar zabitlər ordudan gənckən təxris edildilər”,- deyə keçmiş zabit bildirib.

Elçin Axundzadə peşəkar və döyüş görmüş zabitlərin ordudan iftira ilə atılmasını milli itki adlandıraraq, onların yenidən ordu sıralarına bərpasını tələb edib.