Ölkə

Deputat seçicisinin tarlasını suvardı, otunu maşına yığdı – FOTOLAR

Deputat seçicisinin tarlasını suvardı, otunu maşına yığdı – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün seçici qəbulunu qeyri-ənənəvi formatda keçirdik. Bu dəfə vətəndaş yox biz vətəndaşın qəbuluna getdik”. 

7times.az xəbər verir ki, bu sözləri Milli Məclisin Biləsuvardan seçilmiş deputatı Bəhruz Məhərrəmov deyib. Bəhruz Məhərrəmov daha sonra qeyd edib ki, işin-gücün qızğın çağında Çaylı kənd sakinlərini əlbəttə tarlada və ya örüşdə tapmaq olardı:

“İnsanlar baş verənlərə əvvəlcə inana bilməsələr də, buzları əritdik və zəhmət adamları ilə iş başında çox səmimi görüşümüz alındı, problemləri ilə yerindəcə əyani formada tanış olduq, təkliflərini, istəklərini dinlədik, səlahiyyətimizin yetdiyi qədər edə biləcəklərimiz onlara izah olundu. Daha sonra gücümüz çatan qədər fiziki işlərinə də əl atdıq, özümün də kənd adamı olmağımı nəzərə alsaq pis də alınmadı”. demokrat.az