“Əgər valideynlər fevralın 1-dən övladlarını məktəbə əyani təhsilə göndərməzsə, məsuliyyəti öz üzərinə götürür ki, onların teledərsləri izləməsini təmin edəcək”.
7times.az-ın verdiyi xəbərə görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, valideynlər şagirdlərin qiymətləndirmədə iştirakına zəmin yaradacaq.
Təhsil naziri Emin Əmrullayev da bildirib ki, valideynlər uşaqlarını məktəblərə göndərməyə çəkinirlərsə, təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiriləcək.
Follow @7timesaz