Cəmiyyət

Tibb işçilərinə vaksin məcburi vurulur? – İddialara CAVAB

Tibb işçilərinə vaksin məcburi vurulur? – İddialara CAVABbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəzi tibb müəssisələrində çalışan səhiyyə işçilərinin məcburi vaksinasiya olunması ilə bağlı iddialara münasibət bildirib.

7times.az xəbər verir ki, TƏBİB-dən “Report”a bildirilib ki, peyvəndləmə heç bir halda məcburi ola bilməz.

“Ümumilikdə ölkədə aparılan vaksinasiya könüllü və dövlət hesabınadır”, – qurumdan qeyd olunub.

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.