Dünya

Rusiya İrəvanı silahlandırır: Daha bir razılaşma…

Rusiya İrəvanı silahlandırır: Daha bir razılaşma…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada keçirilən “Ordu 2020” forumu çərçivəsində Ermənistan Müdafiə naziri David Tonoyan Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev və “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyevlə görüşüb.

7times.az xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Tərəflər arasında hərbi texniki əməkdaşlıq və gələcək fəaliyyətlər müzakirə edilib.

Nazirlik, həmçinin görüş zamanı tərəflərin yeni razılaşmaların reallaşması yolları və müddəti barədə razılıq əldə etdiyini bildirib.

Tonoyanın “Ordu 2020” forumu zamanı Rusiyanın “Taktiki Raket Silahları” korporasiyasının pavilyonunu da gəzdiyi və yeni istehsal edilən uzaqməsafəli raketlərlə tanış olduğu vurğulanıb.

Qeyd edək ki, “Rosoboroneksport” “Rostex” korporasiyasının tərkibinə daxildir. Məhz bu şirkət Rusiya silahlarının ixracını həyata keçirir.

Rusiya son iki ay ərzində Ermənistanın aktiv silahlandırılmasını həyata keçirib. Belə ki, Tovuz təxribatından öncə Ermənistana Su-30CM təyyarələrinin verilməsiylə bərabər, Serbiya və İordaniyadan (İordaniyadan idxal edilən silahın istehsalının 50%-i “Rostex”ə aiddir) müxtəlif növ silah tədarükü həyata keçirib. Üstəlik, Tovuz təxribatı və ondan sonrakı dönəmdə Rusiyadan İrəvana 12 aviareys təşkil edilib ki, bunlar vasitəsilə də Ermənistana 500 tondan çox hərbi yük daşınıb.

Rusiya, həmçinin Ermənistandakı Su-25 təyyarələrinin modernizasiyasını həyata keçirmək öhdəliyi götürüb. axar.az