Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov müəllimlərin vaksinasiyası ilə bağlı məsələyə aydınlıq gətirib.
7times.az-ın xəbərinə görə, o bildirib ki, ilkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir:
“Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır”.
Nazirlik rəsmisi onu da vurğulayıb ki, müəllimlərin peyvənd olunmasında heç bir məcburetmə halı olmayacaq.
Follow @7timesaz