Cəmiyyət

Azərbaycan Rusiyadan korona dərmanı ala bilər

Azərbaycan Rusiyadan korona dərmanı ala bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın istehsal etdiyi koronavirus dərmanı beynəlxalq miqyasda təsdiqləndikdən sonra Azərbaycan bu dərmanı idxal edə bilər.

7times.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

“Dərmanı almağa maraqlı olduğumuz üçün “Sputnik V” peyvənd dərmanının, ilk növbədə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqləndikdən sonra bu sahədə əməkdaşlıq etmək barədə rusiyalı həmkarların təkliflərinə baxa bilərik”, – nazir deyib.

Nazir Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının üzv ölkəsi olaraq koronavirusun müalicəsilə bağlı həmin qurumun tövsiyələrinə və üsuluna əməl etdiyini vurğulayıb. Report