İqtisadiyyat

İqtisadiyyat Nazirliyi: “İşğaldan azad olunmuş rayonlarda inventarlaşdırma işləri davam etdirilir”

İqtisadiyyat Nazirliyi: “İşğaldan azad olunmuş rayonlarda inventarlaşdırma işləri davam etdirilir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması həyata keçirilir və məlumatlar elektron informasiya sisteminə inteqrasiya edilir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən 7times.az-a verilən məlumata görə, artıq 3 945 daşınmaz əmlak və 504 infrastruktur obyekti olmaqla, 4 449 əmlakın çöl inventarlaşdırma işləri tamamlanıb.

Bununla yanaşı, 54.07 km avtomobil yolunun, 17.2 km elektrik təchizatı xəttinin, 1.86 km su təchizatı xəttinin, 16.12 km suvarma şəbəkəsinin, 39.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin inventarlaşdırılması da başa çatdırılıb.

Ümumilikdə, 8 rayon üzrə 75 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, digər yaşayış məntəqələri üzrə davam etdirilir.