Xəbər verildiyi kimi, Türkiyənin Milli Təhsil naziri Ziya Səlcuq, yeni təhsil ilinin 31 avqustda məsafədən (onlayn) təhsil ilə açılacağını bildirib.
7times.az xəbər verir ki, o, üz-üzə təhsilə isə 21 sentyabrdan etibarən mərhələli şəkildə keçiləcəyini qeyd edib.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabından vətəndaşlara səslənib.
O bildirib ki, koronavirusun gətirdiyi qaydalara əməl etmək lazımdır ki, təhsil ənənəvi qaydada bərpa edilə bilsin:
“Uşaqlarımız və gənclərimiz yoluxma azlasın deyə canlarını fəda edirlər. Bunu cavabsız, nəticəsiz qoymamalıyıq. Ehtiyat tədbirlərinə əməl etmək lazımdır ki, yoluxma halları azalsın, sentyabrın 21-də məktəblərdə üz-üzə, ənənəvi təhsil bərpa edilsin. Uşaqları daha təhlükəsiz şəraitlə təmin etməliyik. Valideynlərimiz də uşaqlarımız qədər həssas olmalıdır”.Cebhe.info
Follow @7timesaz