Cəmiyyət

Universitetdən tələbənin saxlanılması ilə bağlı – Açıqlama

Universitetdən tələbənin saxlanılması ilə bağlı – Açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran Dövlət Universiteti imtahanda aldığı qiymətə etiraz edən üç tələbənin saxlanılması ilə bağlı yayılan məlumata münasibət bildirib.

Universitetin mətbuat katibi Esmira İsmayılova 7times.az-a açıqlamasında bildirib ki, adı çəkilən şəxslərdən yalnız Orxan İsgəndərli LDU-nun tələbəsidir: “Həmin tələbə Əski yazı fənnindən aldığı qiymətin az olduğuna etiraz edib, amma imtahandan da kəsilməyib. Sadəcə qiymətin aşağı olduğunu deyir. Bunun üçün isə prosedura görə universitetin apelyasiyasına müraciət olunmalıdır. Lakin həmin tələbə vaxtında bu müraciəti etməyib. Müddət bitdikdən sonra müraciət edib. Yenə də onun işinə baxılıb və tədris işləri üzrə prorektor tərəfindən cavab verilib. İmtahan cavabını başqa müəllim də yoxlayıb”.

E.İsmayılova qeyd edib ki, Əhməd Məmmədli, Orxan İsgəndərli və Samir Axundzadənin saxlanılmasının universitetə aidiyyatı yoxdur: “Onlar bəyanat hazırlayıblar və oxuyacaqmışlar. Həmin şəxslər universitetə çatmadan, universitetin rəhbərliyindən heç kimlə görüşmədən saxlanılıblar”.