Fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək.
7times.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib. Qeyd olunub ki, 65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.
Məlumata əsasən fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq.
Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.
Follow @7timesaz