Maraqlı

Cəbrayılda dağıdılmış Mədəniyyət Evində skripka ifası – VİDEO

Cəbrayılda dağıdılmış Mədəniyyət Evində skripka ifası – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezidentin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovun diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfəri başlayıb.

7times.az-ın həmin ərazilərə ezam olunmuş əməkdaşları xəbər verir ki, nümayəndələr Cəbrayılda ermənilər tərəfindən dağıdılmış yerlərə baş çəkiblər. Daha sonra azərbaycanlı skripka ifaçısı düşmənin dağıtdığı “Yay klubu” adlı Mədəniyyət Evinin qalıqları arasında ifa edib. O, Antonio Vivaldinin “Winter” əsərindən bir parçanı skripkada çalıb.

Qeyd edək ki, sözügedən ifaçı daha əvvəl Füzuli şəhərində Ermənistan tərəfindən dağıdılmış Mədəniyyət Mərkəzinin qarşısında da çıxış etmişdi.