Bu gün sosial şəbəkələrdə “Alov Qüllələri”ndə toy keçirilməsi ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı 7times.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan məlumat həqiqəti əks etdirmir. Səbail Rayon Polis İdarəsinin əməkdaşları yayılan xəbərlə bağlı “Alov Qüllələri”ndə yoxlama aparıb və qeyd olunan fakt təqdiqini tapmayıb.
Follow @7timesaz