SOCAR təxribatla üzşlədiyinə dair açıqlama yayıb.
7times.az-ın məlumatına görə, şirkətin feysbuk hesabı vasitəsilə yaydığı açıqlamada bildirilir ki, SOCAR-ın korporativ nüfuzundan sui-istifadə etmək məqsədi ilə naməlum şəxslər tərəfindən internetdə socar.space ünvanında açılmış saytın mobil versiyasında SOCAR haqqında saxta və həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib.
“Səhifə Azərbaycan vətəndaşlarının şəxsi məlumatlarını əldə etmək məqsədini güdür. Bunun müqabilində vətəndaşlara saxta qazanc imkanı təklif olunur. SOCAR tam qətiyyətlə socar.space saytı ilə heç bir əlaqəsi olmadığını, internetdə insanlara bu cür qazanc təklifi etmədiyini bildirir. Araşdırma aparıldıqdan sonra saytı yaradan şəxslərə qarşı müvafiq hüquqi tədbirlər görüləcək”, – deyə şirkətdən bildirilib.
Follow @7timesaz