“Atam icra başçısı olmamışdan öncə müğənni kimi fəaliyyət göstərib. Amma ondan savayı qohum-əqrəbada incəsənət adamı olmayıb. Mənə o cür qadağa yoxdur və ailəm də başa düşür ki, bu, mənim işimdir”.
7times.az xəbər verir ki, bu sözləri aktrisa Natəvan Abbaslı müsahibəsində deyib.
“Atam dünyagörüşlü insandır. Uşaqlıqdan bizə aşılayıb ki, öyrənin, inkişaf edin, xarici ölkələrə gedin. Bu gün xarici ölkəyə getmək istəsəm, ailəm, bacılarım mənə dəstək verməyə hazırdırlar.
Hətta bu barədə düşünmüşəm. Bir ay yox, bir il də hardasa çəkilə bilərəm. Çünki mütəmadi evdəkilərlə əlaqə saxlayıram və güvənsizlik problemi yoxdur”, – aktrisa əlavə edib.
Follow @7timesaz