Siyasət

İnanırıq ki, iyul hadisələri daha təkrarlanmayacaq – Lavrov

İnanırıq ki, iyul hadisələri daha təkrarlanmayacaq – Lavrovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva hesab edir ki, Ermənistan-Azərbaycan sərhədində situasiyanın kəskinləşməsi bir daha baş verməyəcək.

7times.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Biz çox inanırıq ki, iyulda baş verənlər bir daha təkrarlanmayacaq və digər maraqlı tərəflərlə, Azərbaycanın və Ermənistanın dostlarıyla buna töhfəmizi verəcəyik”, – deyə o bildirib.

Lavrov ATƏT-in Minsk Qrupu çərçivəsində kifayət qədər ciddi danışıqlar bazası formalaşdığını və onu itirməyin çox kədərli olacağını bildirib. Rusiyalı nazir belə cəhdlərin müşahidə edildiyini söyləyib. O, həmçinin danışıq tərəflərinin dəyişdirilməsinə edilən cəhdlərin həmsədrlər üçün qəbuledilməz olduğunu deyib.

Lavrov həmçinin həmsədrlərin bundan öncə regiona səfər etməyi və Ermənistanla Azərbaycan XİN rəhbərləri arasında kontakt təşkil etməyi planlaşdırdıqlarını vurğulayıb:

“Bütün bu planların baş tutması üçün situasiyanı normallaşdırmaq, təkcə Qarabağda yox, müəyyən rayonlarda, Azərbaycan-Ermənistan sərhədindəki rayonlarda hansısa insidentləri kəsmək lazımdır”.