TƏBİB koronavirus əleyhinə vaksinin mümkün əlavə təsirləri ilə bağlı sualı cavablandırıb.
7times.az xəbər verir ki, bu barədə TƏBİB-in feysbuk səhifəsində məlumat verilib.
Bildirilir ki, əhali arasında yayılan, vaksindən sonra mümkün ola biləcək baş ağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.
Vaksin istehsal edən şirkət tərəfindən yalnız peyvəndin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.
Follow @7timesaz