17 fevral saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.
Təhsil Nazirliyindən 7times.az-a bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Qeyd edək ki, yanvarın 8-dən fevralın 17-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı müvəqqəti olaraq dayandırılmışdı.
Follow @7timesaz