Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 26-na olan statistik göstəriciləri açıqlayıb.
7times.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 904 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 150 nəfər reanimasiyada, 19 nəfər isə süni tənəffüs cihazındadır.
Ümumilikdə 35 707 nəfər virusa yoluxub, 33 281 nəfər sağalıb.
Bu gün 6 791 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 892 070 test aparılıb.
Qeyd edək ki, bu gün 148 koronavirusa yoluxma faktı qeydə alınıb, 91 nəfər sağalıb, 1 nəfər ölüb.
Follow @7timesaz