Gözünü qırpmadan Vətən torpaqlarının azadlığı uğrunda döyüşə atılıb, gözündən yaralanan igidlərimizdən biri də Salmanov İsa Tahir oğludur.
7times.az xəbər verir ki, o, 17 may 2002-ci ildə Xaçmaz rayonunun Arzu kəndində doğulub. Orta təhsillidir.
2020-ci il iyulun 10-da Xaçmaz rayon Səfərbərlik Və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətə ”N” saylı hərbi hissədə xüsusi təyinatlı əsgər kimi başlayıb. Müharibə başlayan ilk gündən XTQ-in tərkibində şavaşa qatılıb.
Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində sol gözündən ağır xəsarət alan Salmanov İsa həqiqi hərbi xidmətini sona kimi davam etdirə bilmədiyinə görə ordu sıralarından tərxis edilib.
Qeyd edək ki, döyüşlərdə göstərdiyi qəhramanlığa görə Prezident İlham Əliyevin Sərəncamı ilə qazi Salmanov İsa ”Cəsur döyüşçü” medalı ilə təltif olunub.
Tariximizin şanlı səhifəsinə qızıl hərflərlə həkk olunan Vətən müharibəsi zamanı Cənab Ali Baş Komandanın rəhbərliyi, şəhid və qazilərimizin canı, qanı, zabit və əsgərlərimizin fədakar əməyi, xalqımızın birliyi sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız cəmi 44 gün ərzində azad edildi. Böyük bir millətin haqq etdiyi əzəmətli “qalib” ifadəsi yenidən bizə nəsib oldu.
Allahdan Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!
Müşfiq Qərib
7times.az
Follow @7timesaz