Təhsil Nazirliyi məktəblərdə keçirilən dərslərin sayı ilə bağlı açıqlama yayıb.
7times.az-ın xəbinə görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, dərs cədvəli məktəb səviyyəsində tərtib edilir.
“Bu zaman 5-9-cu siniflərdə əyani dərslərin həftədə iki dəfə keçirilməsi nəzərdə tutulmaqla, dərslərin sayı normativi aşmadan müəyyən olunur”, – nazirlik rəsmisi əlavə edib.
Xatırladaq ki, bu gün məktrəblərdə əyani dərslərin sayının artırılacağı ilə bağlı məlumat yayılmışdı.
Follow @7timesaz