“Xəzər TV” bir neçə gün əvvəl intihar edən 20 yaşlı Sevil Atakişiyevanın özünü atdığı binanın yerləşdiyi ünvana yollanıb.
7times.az xəbər verir ki, S.Atakişiyeva Xətai rayonu Yeremenko küçəsində çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü atıb.
Bina sakinlərinin bildirdiyinə görə, o mühafizəçiləri aldadaraq içəri keçib və 4-cü bloka daxil olub. Daha sonra isə 20-ci mərtəbəyə çıxaraq intihar edib. Sevil bina sakinlərindən birinin avtomobilinin üstünə düşüb. Gənc qız qeyd edilən ünvanda yaşamayıb.
Follow @7timesaz