Cəmiyyət

İntihar edər 20 yaşlı Sevilin tələbə yoldaşları danışdı: “4-5 gün əvvəl paylaşdığı şəkli…”

İntihar edər 20 yaşlı Sevilin tələbə yoldaşları danışdı: “4-5 gün əvvəl paylaşdığı şəkli…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Xətai rayonunda çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar edən 20 yaşlı Sevil Atakişiyevanın ölümü ilə bağlı bir çox suallar cavabsız qalıb. Sevilin hansı səbəbdən intihar etməsi barədə yekdil fikir söyləmək hələki mümkün deyil. Sevilin xarakteri və intihardan qabaqkı psixoloji durumu ilə bağlı tələbə yoldaşlarının dediklərini təqdim edirik.

Fatimə Qasımzadə

Qrupda tanıdığımız qədərilə şən idi. Gülərüz idi. Hər zaman gülmək üçün səbəbi var idi . Biz ingilis dili ixtisasında oxuyuruq və dərslər məlum çətin olur. Lakin o çox ağıllı idi. Dərslər barəsində də, dünyagörüş barəsində də. Dil biliyi belə yaşına görə çox mükəmməl idi.

Ailəsi ilə bağlı heç bir problem danışmayıb indiyə qədər. Ailəsi ilə olan problemlər bir qırağa əgər hər hansısa bir problemi var idisə belə heç danışmazdı. Mən şəxsən onu üzgün görməmişdim. Və əminəm ki, qrupda məndən başqaları belə onu üzgün görməyib. Görüblərsə, belə çox nadir halda olub. Hər zaman gülərüz görürdük.

Rəşid Məmmədov

Sevil universitetdə sakit, çalışqan, sosial-ictimai fəaliyyətə önəm verən bir tələbə olaraq görünüb həmişə. Ətrafında olan hər kəs onun haqqında sadəcə pozitiv düşüncələrə sahib idi. Mən əminliklə deyə bilərəm ki, Sevil gələcəkdə öz sahəsində peşəkar biri olacaqdı. Onun belə bir addım atması hər birimizi çox sarsıtdı. Sevilin çox yaxın dostları belə onun nədənsə şikayətləndiyini eşitməyiblər. Əfsuslar olsun ki, artıq o aramızda yoxdur. Kaş gənclərimiz çıxış yolunu ölümdə görməyələr. Allah rəhmət etsin…

Aytac Hüseynova

Qruplarda falan çox aktiv, davamlı deyib gülən, güldürən qız idi, ancaq son həftələr demək olar heç nə danışmırdı, qruplarda əvvəlki kimi paylaşım eləmirdi. Ən son vəfat günündən 4-5 gün əvvəl paylaşdığı şəkli xatırlayıram, şirniyat şəkli paylaşmışdı. Başlığa da “evdəkilərlə dalaşanda könlümü belə almağa çalışırlar” kimi bir cümlə yazmışdı.

Aytac Sahəd

7times.az