Cəmiyyət

Xaçmazda vəzifəli şəxs karantin qaydalarını pozdu, polis şöbəsinə gətirildi

Xaçmazda vəzifəli şəxs karantin qaydalarını pozdu, polis şöbəsinə gətirildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri  İnqilab Musayev  xüsusi karantin rejimi qaydalarını pozub.

7times.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, İ.Musayev xüsusi karantin rejimi qaydalarını pozduğu üçün o, Xaçmaz rayon Polis Şöbəsinə aparılıb. Onun barəsində protokol tərtib edilib.

Xəbəri Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri  İ.Musayev  təsdiqləyib. O, bildirib ki, polis əməkdaşları onunla profilaktik söhbət aparıb. Sonra o, sərbəst buraxılıb.