3 mart tarixindən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb.
7times.az xəbər verir ki, ilkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və data kart vasitəsilə internetə çıxış təmin olunub.
Bildirilir ki, koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.
Follow @7timesaz