“Yes Moda Evi”nin rəhbəri məşhur modelyer- dizayner Yeganə Sadıxova və yeni başlayan istedadlı gənc dizayner Kamilə Məmmədzadə Tacikistan moda həftəsində iştirak edəcəklər.
7times.az operativ24.az saytına istinadən xəbər verir ki, onlar aprelin 2-3-4-də Tacikistanda keçiriləcək Moda həftəsində yeni kolleksiyalarından olan 30 geyim təqdim edəcəklər. Bunu Operativ24.AZ-a Y.Sadıxovanın özü deyib.
TFW-nin prezidenti Toxir İbrahimov təşkil etdiyi “Fashion Week Tajikistan”da Özbəkistan, Qazaxıstan, Böyük Britaniya və başqa dövlətlərindən olan məşhur dizaynerlərinin kolleksiyaları da sərgilənəcək.
Xatırladaq ki, Y.Sadıxovanın kolleksiyaları daha əvvəl Türkiyə, Rusiya, Fransa, Səudiyyə Ərəbistanı və Cənubi Koreyada keçirilmiş Moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla təqdim edilib.
Follow @7timesaz