Cəmiyyət

Livan erməni əsilli vətəndaşını qaytardığına görə Azərbaycana təşəkkür etdi

Livan erməni əsilli vətəndaşını qaytardığına görə Azərbaycana təşəkkür etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanın xarici işlər naziri Şarbel Vahvi bu ölkənin erməni əsilli vətəndaşı Maral Nacaryanın əsirlikdən qaytarılmasına görə Azərbaycana təşəkkür edib.

7times.az xəbər verir ki, bu barədə Livan Milli Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ş. Vahbi M. Nacaryanın azad edilməsində rolu olan bütün tərəflərə – Beynəlxalq Qızıl Xaç Komitəsinə, Rusiyaya, Azərbaycana və Ermənistana minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Livanın Burc Hammud ərazisində anadan olan Maral Nacaryan (Maralle Najarian) həm Ermənistan, həm də Livan vətəndaşlığına malikdir: “Keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılıb. O, Azərbaycan ərazisinə qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr verib”.

Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində Maral Nacaryan bu ilin 10 mart tarixində azad edilib. O, Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib.