Cəmiyyət

Bakıda toy keçirmək istədilər, polis basqın etdi – VİDEO

Bakıda toy keçirmək istədilər, polis basqın etdi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai Rayon Polis İdarəsinə (RPİ) rayon ərazisində yerləşən restoranlardan birində toy mərasiminin keçirildiyi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb.  

DİN-in Mətbuat Xidmətindən 7times.az-a verilən məlumata görə, Sanitar-epidemioloji normaları pozaraq toyda iştirak edən  31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək hər biri 200 manat miqdarında cərimə edilib.

Toy mərasiminin təşkilinə şərait yaradan restoranın inzibatçısı R.Mirzağayev isə 4000 manat məbləğində cərimələnib.