Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) 17 mart 2021-ci ildən etibarən Azərbaycanın 4 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib.
7times.az xəbər verir ki, bu barədə qurumun rəsmi veb-saytında məlumat yerləşdirilib.
Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə video yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra verilib.
İdxal icazəsi verilən müəssisələr aşağıdakılardır:
“EKO AQRO” MMC (Bakı şəhəri, Nəsimi rayonu);
Rzayev Hüseyn Rahib (Bakı şəhəri, Xəzər bölgəsi, Zirə qəsəbəsi);
Məmmədov Kazım Məmməd oğlu (Bakı şəhəri, Nəsimi rayonu);
Əliyev Fuad Paşa (Bakı şəhəri, Binəqədi rayonu, Balacarı kəndi).
Follow @7timesaz