Dünən 376 olan olan yoluxma sayının bu gün 980-ə yüksəlməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Onlar rəqəmlərin düzgün olmadığını, şişirdildiyini düşünürlər.
7times.az xəbər verir ki, məsələ ilə bağlı Azadinfo.az-a açıqlama verən həkim Aydın Əliyev bildirib ki, açıqlanan rəqəmlər həqiqəti əks etdirmir:
“Mən qeyd olunan rəqəmlərin səmimiyyətinə inanmıram. Açıqlanan statistikanın həqiqəti ifadə etdiyi şübhəlidir. Bəlkə də real ola bilər, amma açıqladıqları rəqəmlər tək məndə yox, ümumi cəmiyyətdə şübhə yaradır. Bunu da yəqin ki, bayrama görə qəsdən belə edirlər”.
Follow @7timesaz