“Müəllimlərin işə qəbulu prosesi hazırda davam edir. Bu il pandemiya dövründə təbii ki, bu proses də özü-özlüyündə müəyyən dəyişikliklərə səbəb olub. Belə ki, Təhsil Nazirliyi tərəfindən 32 mərkəzdə, 17 bölgədə müvafiq gigiyena-epidemioloji qaydalara əməl etməklə keçirilir”.
7times.az xəbər verir ki, bunları Təhsizl naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Hədəf verilişində çıxış edərkən deyib:
“Bu il 46 min şəxs müəllim olmaq üçün müraciət edib və bu göstərici əvvəlki illərlə müqayisədə 3 dəfə artıqdır. Bu il müəllimlərin işə qəbulu yalnız işləyən müəllimlərə aid edilməyib. Təxminən 24 min nəfər artıq imtahanlarda iştirak edib. İmtahanlar kompüter əsaslı keçirilir.
Ümidvarıq ki, sentyabrın 8-nə kimi bu prosesi uğurla bitirəcəyik və artıq müvafiq qaydada müəllimlərin bu il 8 minədək mövcud olan vakant yerlərə yerləşdirilməsi prosesi baş verəcək.
Sertifikasiya prosesi də eyni məntiqə və eyni fəlsəfəyə xidmət edir. 2020-ci ilin sonunda müəllimlərin mərhələli şəkildə sertfikasiyası məsələsinə başlanılacaq”.