Baş infeksionist Təyyar Eyvazov Novruz bayramında əhalini diqqətli olmağa çağırıb.
7times.az-ın məlumatına görə, “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında Təyyar Eyvazov deyib ki, insanlar əvvəl özünü necə qoruyurdusa, indi də eyni qayda ilə qorumalıdır: “Karantin sərtləşəndə təmaslar azalır. Elə bəri başdan təmasları azaldaq, boş yerə özümüzü riskə atmayaq. Bizdən çox şey asılıdır. Təmasların sayı azalan kimi xəstəliyə yoluxma sayları azalır”.
Follow @7timesaz