Cəmiyyət

Azərbaycanda yoluxma yenidən artdı – 7 nəfər öldü

Azərbaycanda yoluxma yenidən artdı – 7 nəfər öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 933  yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 243424 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 231894 nəfər müalicə olunaraq sağalıb, 3314 nəfər vəfat edib, aktiv xəstə sayı 8216 nəfərdir.

Ölkədə son sutka ərzində 10188, hazırkı dövrədək isə 2746681 test aparılıb.