Dövlət orqanlarının, ictimaiyyət nümayəndələrinin işğaldan azad olunan ərazilərə təşkil edilən səfərləri zamanı təhlükəsizlik təmin olunduğu üçün bədbəxt hadisələr baş vermir.
7times.az xəbər verir ki, bu sözləri DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, insanlar bilməlidir ki, həmin ərazilərə bəlli marşrutlarla, müəyyən olunan təhlükəsiz yollarla getmək mümkündür:
“Ona görə də ərazidə təhlükəli vəziyyətin yaşanması yalnız mühafizəyə aid edilməməlidir. Minalanmış ərazilər qalmaqdadır. Hazırda hər kəs bu məsələdə diqqətli olmalıdır. Etinadsızlıq edərək, qanunsuz olaraq əraziyə daxil olan, xəsarət alan insanlar işğaldan azad edilən ərazilərdə infrastruktur bərpa edildikdən sonra rahat yox, əlil vəziyyətdə gəzəcəklər.
30 il gözləyən vətəndaş 3-5 ay, ya da bir il səbr edə bilmir?! Bütün bunlar yalnız və yalnız maarifləndirmə yolu ilə insanlara izah olunmalıdır. Onlar da bu qaydalara əməl etməlidirlər”.
Follow @7timesaz