“Metronun fəaliyyəti müzakirə mövzusudur. Bununla bağlı müzakirə davam etdirilir”.
7times.az xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, məktəblərin açılmasıyla bağlı bu gündəm mövzusu ola bilər: “Bu zaman yenə də sanitar qaydalar qiymətləndirilir. Hazırda aidiyyati strukturların əməkdaşları ilə birgə metropolitenin fəaliyyəti ilə bağlı məsələ müzakirə edilir”.
Follow @7timesaz