Prezidentin köməkçisi Şahmar Mövsümov pandemiya dövründə toylara nə vaxt icazə verilə biləcəyi haqda jurnalistlərin sualını cavablandırıb.
7times.az-ın verdiyi xəbərə görə, Ş. Mövsümov bildirib ki, hazırda toyların bərpası ilə bağlı məsələlər müzakirə edilmir.
Ş. Mövsümov həmçinin xatırladıb ki, hazırda ad günü keçirmək qadağandır: “Əgər siz bunu edirsizsə, qaydaları pozursuz. Avtobusda oturub getmək isə qadağan deyil. Mülahizələrlə yox, qaydalara uyğun davranmaq lazımdır”.
Follow @7timesaz