Cəmiyyət

Qadının əri tərəfindən ağacla döyülməsi ilə bağlı cinayət işi başlandı

Qadının əri tərəfindən ağacla döyülməsi ilə bağlı cinayət işi başlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadının əri tərəfindən döyülməsi ilə bağlı cinayət işi başlanılıb. 

7times.az xəbər verir ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, paytaxtın Xəzər rayonunda qadının həyat yoldaşı tərəfindən mütamadi olaraq, döyülərək fiziki zorakılığa məruz qalması faktı ilə əlaqədar cinayət işi başlanıb.

Xəzər RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (Əzab vermə – Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Məlumatı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə həyat yoldaşı tərəfindən şiddətə məruz qalan qadının fotoşəkilləri yayılmışdı. Onun əri tərəfindən ağacla döyüldüyü bildirilirdi.